...

Ermənistanda hərbi institutun rəhbəri vəzifəsindən azad edildi

Dünya xəbərləri Materials 2 Fevral 2015 15:24 (UTC +04:00)
Vazgen Sarkisyan adına Hərbi İnstitutun rəhbəri general-leytenant Martin Karapetyan öz istəyi ilə vəzifəsindən azad olunması barədə ərizəni Ermənistan Müdafiə Nazirliyinə təqdim edib.
Ermənistanda hərbi institutun rəhbəri vəzifəsindən azad edildi

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Vazgen Sarkisyan adına Hərbi İnstitutun rəhbəri general-leytenant Martin Karapetyan öz istəyi ilə vəzifəsindən azad olunması barədə ərizəni Ermənistan Müdafiə Nazirliyinə təqdim edib.

Trend-in bazar ertəsi Ermənistan KİV-ə istinadən verdiyi məlumata əsasən, müdafiə naziri Seyran Ohanyan ərizəni qəbul edib.

Nazir, həmçinin institutun bütün rəhbər heyətinin vəzifədən azad edilməsi barədə əmr verib.

Qeyd edək ki, yanvarın 29-da burada dislokasiya edilmiş N saylı hərbi tədris hissəsində kursantlardan biri öldürülmüşdü. Qətl hadisəsinə görə xuliqanlıq etmiş 4 hərbçi həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti