...

Permyakovun məhkəməsi Gümrüdə keçiriləcək

Dünya xəbərləri Materials 3 Fevral 2015 14:49 (UTC +04:00)
Gümrüdə yeddi nəfərin ölümündə şübhəli bilinən rusiyalı əsgər Valeri Permyakovun məhkəməsi Rusiya hərbi bazasının ərazisindəki hərbi qarnizon məhkəməsində keçiriləcək.
Permyakovun məhkəməsi Gümrüdə keçiriləcək

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Gümrüdə yeddi nəfərin ölümündə şübhəli bilinən rusiyalı əsgər Valeri Permyakovun məhkəməsi Rusiya hərbi bazasının ərazisindəki hərbi qarnizon məhkəməsində keçiriləcək. Bu barədə Trend İnterfaks-a istinadən xəbər verib.

Mənbə bildirib: "Tərəflər bu hay-küylü iş üzrə məhkəmə prosesinin Gümrüdə, 102 saylı Rusiya hərbi bazasında keçirilməsi ilə bağlı hərtərəfli razılığa gəliblər".

Bu qərar Ermənistanın şimalında yerləşən hərbi bazanın statusu haqqında ikitərəfli saziş əsasında qəbul edilib.

Bundan əlavə, Rusiya cinayət qanunvericiliyi əsasında razılaşdırılmış vahid ittiham hökmünün qəbuluna dair məsələ həll edilir.

Mənbə izah edib ki, məhkəmə eyni vaxtda rusiyalı hərbi müstəntiqlərin silahlı fərarilik epizodu üzrə elan etdikləri ittihama da baxmalıdır.

Xatırladaq ki, V.Permyakov Gümrüdə bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirli bilinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti