...

Davudoğlu Türkiyənin prezident idarəetməsi formasına keçidini vacib hesab edir

Dünya xəbərləri Materials 5 Fevral 2015 11:06 (UTC +04:00)
Türkiyənin Baş naziri Əhməd Davudoğlu prezident idarəetməsi formasına keçidin vacib olduğunu qeyd edib.
Davudoğlu Türkiyənin prezident idarəetməsi formasına keçidini vacib hesab edir

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Baş naziri Əhməd Davudoğlu prezident idarəetməsi formasına keçidin vacib olduğunu qeyd edib.

Trend-in "Haber7" telekanalına istinadən verdiyi xəbərə görə, Davudoğlu deyib: "Bu məsələ artıq on ildir müzakirə olunur".

Ötən ilin avqustunda hələ Baş nazir olarkən Rəcəb Tayyib Ərdoğan Türkiyənin parlament idarəetməsindən birbaşa prezident idarəetməsinə keçməli olduğunu bəyan etmişdi.

Onun sözlərinə görə, birbaşa prezident idarəetməsi Türkiyənin gələcək inkişafının xeyrinə ola bilər: "İlk fürsət düşən kimi Türkiyə parlament idarəetməsindən birbaşa prezident idarəetməsinə keçəcək".

Ərdoğan qeyd etmişdi ki, birbaşa prezident idarəetməsinin tətbiqi haqqında məsələ prezident seçkilərinin keçirilməsindən dərhal sonra qaldırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti