...

Avropada müsəlman partiyası quruldu

Dünya xəbərləri Materials 16 Fevral 2015 14:47 (UTC +04:00)
Fransada Demokratik Fransız Müsəlmanlar Birliyi (UDMF) adı altında yeni partiya qurulub.
Avropada müsəlman partiyası quruldu

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir Məftun Salmanov/

Fransada Demokratik Fransız Müsəlmanlar Birliyi (UDMF) adı altında yeni partiya qurulub. Trend-in "Türkiyə" qəzetinə istinadən verdiyi məlumata görə, partiya mart ayında yerli seçkilərdə iştirak edəcək.

UDMF Türkiyənin Avropa İttifaqına üzv olmasına tam dəstək verir. Partiyanın proqramında Fələstin məsələsi önəmli yer tutur. UDMF-in rəhbəri Əmir Meğarbidir.

Partiyanın Fransada 8 min üzvü var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti