...

Sarkisyan Türkiyə ilə əlaqələrin yaxşılaşdırılması üzrə protokolları geri çağırdı

Dünya xəbərləri Materials 16 Fevral 2015 17:48 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə ilə diplomatik münasibətlərlə bağlı Ermənistan-Türkiyə protokollarını geri çağırmaq qərarına gəlib.
Sarkisyan Türkiyə ilə əlaqələrin yaxşılaşdırılması üzrə protokolları geri çağırdı

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə ilə diplomatik münasibətlərlə bağlı Ermənistan-Türkiyə protokollarını geri çağırmaq qərarına gəlib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan dövlət başçısının saytında deyilir.

S.Sarkisyan Türkiyə liderinə göndərdiyi məktubda qeyd edib ki, protokolların imzalanmasından təqribən 6 il keçsə də, onlar nəticə verməyib.

Qeyd edək ki, 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistan XİN rəhbərləri Əhməd Davudoğlu və Edvard Nalbandyan iki ölkə arasında əlaqələrin normallaşdırılması haqqında protokollar imzalamışdılar. Lakin protokollar ölkənin parlamentlərində ratifikasiya edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti