...

Ermənistanda parlamentin iclası boykot ediləcək

Dünya xəbərləri Materials 23 Fevral 2015 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Çiçəklənən Ermənistan Partiyasının fraksiyası ölkə parlamentinin iclasını boykot edəcək. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata əsasən, iclas fevralın 23-26-da keçiriləcək.

Qeyd edək ki, Çiçəklənən Ermənistan Partiyası parlamentdə təmsil olunan deputatların sayına görə ikincidir.

Fevralın 12-də Ermənistan Prezidenti Serj Sarkisyan hakim Respublika Partiyası Şurasının iclasında bəyan etmişdi ki, Çiçəklənən Ermənistanın lideri Qagik Tsarukyan siyasi xadim kimi ölkə üçün şərə çevrilib. O, həmçinin partiya liderini ölkənin Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarıb. Ardından Q.Tsarukyan fevralın 20-də ümummili mitinq keçirəcəyəni desə də, fevralın 17-də S.Sarkisyanla görüşdükdən sonra onu ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti