Azərbaycan, Bakı, 7 mart /Trend/
Sakit okeanın cənub hissəsində Tayvan bayrağı altında üzən balıqçı gəmisi itkin düşüb.
Trend TASS xəbər agentliyinə istinadan məlumat verir ki, heyəti 49 nəfərdən ibarət olan gəmi ilə əlaqə fervalın 26-sı itib. Həmin gün kapitan gəmidə zədə aşkar olunduğu haqda məlumat verib. Verilən məlumata görə, gəmidə 11 Çin, 2 Tayvan, 21 İndoneziya, 13 Fillipin və 2 Vyetnam vətəndəşı var idi.
Balıqçılar yollarına yanvar ayında başlayıblar, onların qayıdışı may ayına planlaşdırılırdı.