Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir Məftun Salmanov/
Türkiyədə sön dövrlərdə əsgərlər arasında artan intihar və şübhəli ölüm hallarının qarşısını almaq məqsədilə maraqlı addım atılıb.
Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata əsasən, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əsgərin özünə avtomat silahdan atəş açmasını əngəlləyən yeni tətik mexanizmi hazırlayıb.
Yeni mexanizmə əsasən kazarma növbətçisi olan əsgərin istifadə etdiyi silahların tətik hissəsi xüsusi qurğu ilə bağlanıb. İntihara cəhd etmək istəyən əsgər tətiyi özünə tərəf tuşlayan zaman qurğu işə düşür.
Yeni qurğu sayəsində artıq əsgərlər tətiyi başına və ya çənəsinin altına dayayaraq intihar edə bilməyəcək.