...

Mütəxəssis: Qəzaya uğrayan təyyarənin pilotu kabinəni tərk etmişdi

Dünya xəbərləri Materials 26 Mart 2015 07:07 (UTC +04:00)
Fransada çərşənbə axşamı qəzaya uğramış təyyarənin pilotu düşmə zamanı kabinədə olmayıb və ora qayıda bilməyib.
Mütəxəssis: Qəzaya uğrayan təyyarənin pilotu kabinəni tərk etmişdi

Azərbaycan, Bakı, 26 mart /Trend/

Fransada çərşənbə axşamı qəzaya uğramış təyyarənin pilotu düşmə zamanı kabinədə olmayıb və ora qayıda bilməyib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Tapılmış "qara qutu"lar bunu deməyə əsas verir. Mutəxəssislərin dediyinə görə, yazılar kabinənin qapısının döyüldüyü və cavab alınmadığı barədə məlumat verir.

"Qara qutu"nun məlumatında qapını döyən şəxsin "qapını necə sındırmağa çalışdığını" eşitmək olar.

Xatırladaq ki, "Germanwings" aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzaya uğraması nəticəsində 150 nəfər həlak olub. Təyyarədə Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti