...

Nazir tort qalmaqalına görə istefa verdi

Dünya xəbərləri Materials 7 Aprel 2015 12:08 (UTC +04:00)
Rusiya Federasiyası Krasnoyarsk Diyarının mədəniyyət naziri Yelena Pazdnikova yaxın günlərdə baş vermiş tort qalmaqalına görə vəzifəsindən istefa verib.
Nazir tort qalmaqalına görə istefa verdi

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Rusiya Federasiyası Krasnoyarsk diyarının mədəniyyət naziri Yelena Pazdnikova bu günlərdə baş vermiş tort qalmaqalına görə vəzifəsindən istefa verib.

Trend-in Lenta.ru-ya istinadən verdiyi məlumata görə, region administrasiyasının saytında Y.Pazdnikovanın şəxsi istəyi ilə istefaya getdiyi bildirilib.

Bu günlərdə baş vermiş qalmaqala görə, sabiq nazirin sərt tənqidlərə məruz qaldığı deyilir.

Belə ki, martın 26-da Böyük Vətən Müharibəsinin ildönümü ilə əlaqədar keçirilən Kulinariya Sərgisində VIII "Sibirin ən yaxşı şirniyyatçısı" çempionatı müsabiqəyə buraxılmış tortların qeyri-adiliyi ilə diqqəti çəkib. Tortların üzərində II Dünya Müharibəsində istifadə olunan simvollar, müharibə səhnələri, ölən əsgərlərin dəfni və hətta körpə uşaqların ölməsi təsvir olunub. Bu isə internetdə müzakirələrə və bir çox insanın hiddətinə səbəb olub. Müsabiqəni tənqid edənlər buna görə Y.Pazdnikovanın məsuliyyət daşıdığını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti