Azərbaycan, Bakı, 17 aprel /Trend/
Serbiya prezidenti Tomislav Nikoliçin təyyarəsindəki qəza vəziyyəti onun Vatikana səfərinə imkan verməyib.
Trend-in TANJUG-a istinadən verdiyi məlumata görə, təyyarə mühərrikində yaranan qəfil nasazlıq prezidenti yenidən hava limanına qayıtmağa vadar edib.
Prezidentin mətbuat katibi Stanislav Pak onun Vatikan səfərinin təxirə salındığını bildirib.