Azərbaycan, Bakı, 29 aprel /Trend/
Qazaxıstanın növbədənkənar prezident seçkilərində qalib gələn Nursultan Nazarbayevin inaqurasiya mərasimi keçirilib.
Trend-in "Novosti-Kasaxstan"a istinadən verdiyi məlumata görə, N.Nazarbayev bu gündən rəsmi olaraq prezident səlahiyyətlərinin icrasına başlayıb.
"Qazaxıstan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə uyğun olaraq, prezident and içəndən dərhal sonra vəzifəsinin icrasına başlayır", - deyə mərasimdə respublikanın Konstitusiya Şurasının sədri İqor Roqov bildirib.
Nazarbayev aprelin 26-da keçirilən növbədənkənar prezident seçkilərində 97 faizdən çox səs toplayıb.