...

Ermənistanın daşınmaz əmlak bazarında ciddi böhran müşahidə edilir

Dünya xəbərləri Materials 29 May 2015 10:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend/

Cari ilin aprel ayında Ermənistanda mənzillərin alqı-satqı müqavilələrinin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 29,4 faiz, bütün ölkədə isə bu göstərici 15,8 faiz aşağı düşüb. Bu barədə Trend "Novosti Armenii"-yə istinadən məlumat verir.

Daşınmaz Əmlakın Kadastrı Dövlət Komitəsinin məlumatına istinadən "Aykakan jamanak" qəzeti yazır ki, daşınmaz əmlak bazarında hökm sürən vəziyyət respublikada müşahidə edilən sosial-iqtisadi böhranın əksidir: "Alqı-satqı müqavilələrinin sayının belə kəskin aşağı düşməsi 2008-2009-cu il böhranı zamanı da qeydə alınıb. İpoteka bazarında da müqavilələrin sayı kəskin azalıb. Ötən ilin aprel ayı ilə müqayisədə bu göstərici 41,2 faiz aşağı düşüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti