...

Türkiyənin Baş naziri növbədənkənar parlament seçkiləri keçirilməsini istisna etmir

Dünya xəbərləri Materials 8 İyul 2015 10:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Baş naziri Əhmət Davudoğlu növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna etmir.

Trend-in "Milliyyet" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Əhmət Davudoğlu bildirib.

Ə.Davudoğlunun sözlərinə görə, o parlamentdə təmsil olunan bütün siyasi partiyalarla danışıqlara başlayacaq: "Amma koalisiya hökumətinin qurulması ilə bağlı razılıq əldə olunmasa, ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Xatırladaq ki, iyunun 7-də Türkiyədə parlament seçkiləri keçirilib. Seçkidə 20 siyasi partiya iştirak edib. Səsvermə prosesində isə 53 milyon seçici iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti