Azərbaycan, Bakı, 18 iyul /Trend/
Uşaqlar daxil olmaqla, ABŞ-ın Kaliforniya ştatında yanğınlar ilə əlaqədar 300-dən çox adam təxliyə edilib.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın cümə günü axşam yayılmağa başlayıb.
Yanğın nəticəsində xəsarət alan olmayıb.