Azərbaycan, Bakı, 23 iyul /Trend/
Şanlıurfa vilayətinin Ceylanpınar şəhərində 2 polis əməkdaşının qətlində şübhəli bilinən 3 nəfər saxlanılıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Xatırladaq ki, ötən gün Ceylanpınar şəhərində 2 polis əməkdaşı öz evlərində güllələnmiş vəziyyətdə tapılmışdı. PKK terror təşkilatı cinayəti öz üzərinə götürmüşdü.
Agentliyin məlumatına əsasən, bu gün Ceylanpınarda bir neçə ünvanda aparılan axtarış nəticəsində 3 nəfər həbs olunub.
Polis axtarış zamanı müsadirə edilən sənədləri araşdırır.