Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Suriya ilə sərhəddə "İslam Dövləti" (İD) silahlılarının mövqelərini tam məhv edib.
Trend-in NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, Türkiyə üçün sərhədlərin müdafiəsi hər şeydən vacibdir və Ankara bunun üçün istənilən addımları atacaq.
Qeyd edək ki, Türkiyə HHQ iyulun 24-də İD-nin Suriyadakı mövqelərinə aviazərbələrini bərpa edib. Nəticədə silahlıların avtomobil karvanı məhv edilib.