...

İstanbulda İŞİD ilə əlaqəsi olan qadınlar saxlanılıb

Dünya xəbərləri Materials 29 İyul 2015 17:49 (UTC +04:00)
İstanbulda İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 2 qadın saxlanılıb.
İstanbulda İŞİD ilə əlaqəsi olan qadınlar saxlanılıb

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbulda İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 2 qadın saxlanılıb. Bu barədə Trend "Kanal7" telekanalına istinadən məlumat verir.

Həbs edilənlər İstanbulda terror aktının hazırlanmasında da şübhəli bilinir.

Qadınların hansı ölkənin vətəndaşı olduğu barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti