Azərbaycan, Bakı, 8 avqust /Trend/
Tayvanda "Soudelor" tayfununun baş verməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb, 101 nəfərin xəsarət aldığı, 4 nəfərin isə itkin düşdüyü bildirilir. Trend-in məlumatına görə, bu barədə RİA NOVOSTİ Assoşeyted Press informasiya agentliyinə istinadən xəbər verib.
Əvvəlki məlumatlarda 4 nəfərin həlak olduğu, 64 nəfərin isə xəsarət aldığı bildirilmişdi.
Məlumatda bildirilir ki, 279 yerli, 37 beynəlxalq aviareyslər ləğv olunub.
Elektrik enerjisi xətlərində baş verən zədələnmələrə görə, 3 milyon ailə işıqsız qalıb.