...

Çində güclü partlayış nəticəsində 42 nəfər ölüb (YENİLƏNİB 2) (VİDEO)

Dünya xəbərləri Materials 13 Avqust 2015 07:54 (UTC +04:00)
Çinin liman şəhəri Tyantsində güclü partlayış baş verib, 13 nəfər ölüb, ən azı 300 nəfər yaralanıb.
Çində güclü partlayış nəticəsində 42 nəfər ölüb (YENİLƏNİB 2) (VİDEO)

Məlumat yenilənib (ilk xəbər saat 00:13-də yayılıb)

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Çinin liman şəhəri Tyantsində güclü partlayış baş verib, 42 nəfər ölüb, 400-ə yaxın nəfər yaralanıb.

Trend-in The Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış yerli vaxtla saat 23:30-da baş verib. Məlumata əsasən, partlayış tez alovlanan maddələrin yerləşdiyi ambarda baş verib.

Qeyd edək ki, Çinin ən iri şəhərlərindən biri olan Tyantsin paytaxt Pekindən 200 km aralıda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti