Azərbaycan, Bakı, 20 avqust /Trend/
Amerikanın Roçester şəhərində (Nyu York ştatı) baş verən atışma nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə "Associated Press" xəbər yayıb.
Hadisə ötən gün gecə saatlarında "Boys and Girls Club" ictimai təşkilatın binasının yaxınlığında baş verib. Həlak olanlar barədə məlumat verilmir.
Hadisə yerinə polis əməkdaşları gəlib.
Hadisənin səbəbləri araşdırılır.