...

ABŞ haker hücumlarından sonra Çinə qarşı sanksiyalar tətbiq edə bilər

Dünya xəbərləri Materials 31 Avqust 2015 10:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Ağ Ev naməlum çinli hakerlərin hücumlarından mənfəət əldə edə bilən Çinin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə hazırdır.

Trend-in "Washington Post" qəzetinə istinadən verdiyi məlumata əsasən, rəsmi qərar 2 həftə ərzində qəbul ediləcək.

Hökumət və dövlət departamenti məlumatla bağlı açıqlama verməyib.

Qeyd edilir ki, sanksiyalar ABŞ-ın kadr agentliyinə hücumda təqsirli bilinənlərə qarşı tətbiq edilməyəcək, belə ki, bu, sənaye casusluğundan daha çox kəşfiyyat əməliyyatıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti