...

"Qazprom"la danışıqlar Gürcüstanın enerji təhlükəsizliyinin zəifləməsinə yönəlib

Dünya xəbərləri Materials 11 Oktyabr 2015 18:27 (UTC +04:00)
Vahid Milli Hərəkat Gürcüstanın Təhlükəsizlik Şurasının çağırılmasını tələb edir.
"Qazprom"la danışıqlar Gürcüstanın enerji təhlükəsizliyinin zəifləməsinə yönəlib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Vahid Milli Hərəkat Partiyası Gürcüstanın Təhlükəsizlik Şurasının çağırılmasını tələb edir. Müxalifət təmsilçilərinin bəyanatına görə, "Qazprom"la danışıqlar hökumət tərəfindən məhz bu formatda nəzərdən keçirilməlidir - Gürcüstan Online yazır.

Müxalifət təmsilçiləri Rusiyanın qaz inhisarçısı ilə danışıqlarda dövlət üçün risk görürlər. Onların verdiyin informasiyaya görə, hakimiyyət səbəbsiz olaraq Azərbaycan qazından imtina edir.

Daha bir müxalifət nümayəndəsi Nuqzar Tsiklaurinin sözlərinə görə isə, "Qazprom"la aparılan danışıqlar siyasi xarakter daşıyır və ölkənin enerji təhlükəsizliyinin zəifləməsinə yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti