...

Türkiyədə iki qəza nəticəsində 7 nəfər həyatını itirib, 36 nəfər yaralanıb

Dünya xəbərləri Materials 19 Oktyabr 2015 03:06 (UTC +04:00)
Türkiyədə baş verən iki yol qəzası nəticəsində 7 nəfər həyatını itirib, 36 nəfər yaralanıb.
Türkiyədə iki qəza nəticəsində 7 nəfər həyatını itirib, 36 nəfər yaralanıb

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Türkiyədə baş verən iki yol qəzası nəticəsində 7 nəfər həyatını itirib, 36 nəfər yaralanıb.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi xəbərə əsasən, qəzalar Kastamonu vilayətinin Araç şəhərində və İstanbulun Aksaray mikrorayonunda baş verib.

Araç şəhərində baş verən qəzada 6 nəfər ölüb, 1 nəfər yaralanıb. Aksarayda baş verən qəzada 1 nəfər ölüb, 35 nəfər yaralanıb.

Yaralananlar xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti