...

Türkiyədə təkrar parlament seçkiləri başladı

Dünya xəbərləri Materials 1 Noyabr 2015 09:00 (UTC +04:00)
Türkiyədə təkrar parlament seçkiləri başladı.
Türkiyədə təkrar parlament seçkiləri başladı

Azərbaycan, Bakı, 01 noyabr /Trend/

Bu gün Türkiyədə yerli vaxtla saat 08:00-da təkrar parlament seçkilərinə start verilib.

Trend-in məlumatına görə, seçkilərdə 29 siyasi partiya iştirak edir. Səsvermə yerli vaxtla saat 18:00-da başa çatacaq.

Əvvəlki parlament seçkilərində olduğu kimi, bu dəfə də seçkilərdə əsas rəqabətin Ədalət və Rifah Partiyası ilə Respublika Xalq Partiyası arasında olacağı gözlənilir.

Xatırladaq ki, bu il iyunun 7-də Türkiyədə keçirilən parlament seçkilərində 20 siyasi partiya iştirak etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti