İran, Tehran. Təmkin Cəfərov - Trend:
"İranın Xuzestan əyalətinin Şuş şəhəri yaxınlığında pilotsuz təyyarə düşüb. Bu təyyarə hərbi təyyarədir və onun düşmə səbəbi araşdırılır".
Bunu İranın Xuzestan əyalət başçısının müavini Qüdrətullah Dehqan deyib. Trend-in məlumatına görə, bu barədə İranın Mehr xəbər agentliyi xəbər verib.
Q.Dehqan deyib ki, pilotsuz təyyarə hərbi təyyarə olub və onun qalıqları Sepah qüvvələrinə təhvil verilib.
Q.Dehqanın sözlərinə görə, pilotsuz təyyarənin düşmə səbəbi və hansı ölkəyə adi olduğu araşdırılır və daha sonra açıqlama veriləcək.
O əlavə edib ki, pilotsuz təyyarənin düşməsi nəticəsində xəsarət alan olmayıb.