Bakı. Trend:
Rusiya 2016-cı il yanvarın 1-dən Türkiyə ilə vizasız rejimi dayandırır.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı Vəlid Muallimlə danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, bu, uydurma təhdidlər deyil: "Əksinə, bu təhdidlər tam realdır, biz tam məsuliyyətimizlə bu barədə məlumat veririk".