...

Sudanda qarşıdurmalar nəticəsində ən azı 17 nəfər həyatını itirib

Dünya xəbərləri Materials 14 Dekabr 2015 06:57 (UTC +04:00)
Sudanın cənubunda qarşıdurmalar nəticəsində ən azı 17 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.
Sudanda qarşıdurmalar nəticəsində ən azı 17 nəfər həyatını itirib

Bakı. Trend:

Sudanın cənubunda qarşıdurmalar nəticəsində ən azı 17 nəfər həyatını itirib, 30 nəfər yaralanıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, qarşıdurma rizeyqat və misseriya tayfaları arasında baş verib. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

Son 3 il ərzində tayfalar torpaq və otlaq sahələrinə mülkiyyət hüququ uğrunda mübarizə aparırlar. Yerli hakimiyyət tərəflər arasında münaqişənin həllinə yönəlmiş görüşlər keçirib, lakin nəticə əldə olunmayıb.

Xəbər lenti

Xəbər lenti