Bakı. Trend:
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın Türkmənistanda yeni səfirini təyin edib.
Trend-in İrna agentliyinə istinadən verdiyi məlumata əsasən, ölkənin Türkmənistandakı yeni səfiri Seyid Məhəmməd Əhmədi olacaq. O, keçmiş səfir Həşemi Qolpayeganini əvəz edəcək.
Əhmədinin 59 yaşı var. O, beynəlxalq münasibətlər sahəsində doktorluq dərəcəsinə sahibdir.