Bakı. Trend:
"Əl-Qaidə" Burkina-Fasonun paytaxtı Uaqaduquda hotelə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Burkina-Fasonun paytaxtı Uaqaduquda bir neçə partlayış baş verib, şəhərdə atışma səsləri eşidilir.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə xaricilərin və turistlərin yerləşdirildiyi "Splendid" hotelində qeydə alınıb.
İnsidentin digər təfərrüatları hələ ki, məlum deyil.