Bakı. Trend:
İran və İtaliya səhiyyə, nəqliyyat, kənd təsərrüfatı və energetika sahələrində əməkdaşlıq üzrə 17 milyard avro (18,4 milyard dollar) dəyərində saziş imzalayıblar.
Trend Press TV telekanalına istinadən xəbər verir ki, imzalanmış sənədlər arasında neft-qaz sektoru üçün xidmətlər üzrə dünya liderlərindən biri olan Saipem şirkəti ilə 3,6-4,6 milyard avro (4-5 milyard dollar) dəyərində müqavilə var.