Bakı. Trend:
Türkiyənin paytaxtı İstanbulda 3 naməlum şəxs kafeyə uzunlüləli silah istifadə etməklə hücum ediblər.
Trend-in "Milliyet" qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə yerli vaxtla saat 20:00-da baş verib.
Hadisə nəticəsində 4 nəfər yaralanıb. Yaralıların hamısı yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı polis araşdırma aparır. Hücum edənlərin tutulması üçün keçirilən əməliyatda helikopter iştirak edir.