...

Amerikalı idmançılar 2016-cı il Olimpiadasına qatılmaya bilər

Dünya xəbərləri Materials 8 Fevral 2016 11:38 (UTC +04:00)
ABŞ Milli Olimpiya Komitəsinin (MOK) qərarına əsasən, 2016-cı ildə Braziliyanın paytaxtı Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında amerikalı idmançılar istirak etməyə bilərlər.
Amerikalı idmançılar 2016-cı il Olimpiadasına qatılmaya bilər

Bakı. Elçin Hüseynov - Trend:

ABŞ Milli Olimpiya Komitəsinin (MOK) qərarına əsasən, 2016-cı ildə Braziliyanın paytaxtı Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında amerikalı idmançılar istirak etməyə bilərlər. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

MOK hesab edir ki, Zika virusuna yoluxmaqdan ehtiyat edən idmancıların və əməkdaşların Olimpiadaya qatılmamaq haqları var.

BBC-nin məlumatına əsasən, Latın Amerikasında geniş vüsət almış Zika virusu 1947-ci ildə Uruqvayda tapılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Zika virusu ilə əlaqələndirilən xəstəliyin birləşmiş cavab tələb edən qlobal təhlükə daşıdığı barədə xəbərdarlıq edib.

Hazırda bu virusun yayılmasını alimlər tarixdə ən geniş yayılma adlandırırlar. ÜST-ün məlumatına görə, Cənubi, Mərkəzi və Şimali Amerikada üç-dörd milyon insan bu virusa yoluxa bilər.

Bir çox digər tropik xəstəliklərdən fərqli olaraq, Zika virusunun qarşısının alınması üçün indiyədək heç bir vaksin və ya dərman yaradılmayıb. Bu infeksiyaya yoluxmuş körpələr lazımınca inkişaf etməmiş beyinlə doğulur.

ÜST Zika virusunu Ebola ilə eyni narahatlıq kateqoriyasına salır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti