...

XİN: Türkiyə terror qruplaşmaları ilə fəal mübarizə aparır

Dünya xəbərləri Materials 19 Fevral 2016 12:07 (UTC +04:00)
Türkiyə regionda terror qruplaşmaları ilə fəal mübarizə aparır.
XİN: Türkiyə terror qruplaşmaları ilə fəal mübarizə aparır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə regionda terror qruplaşmaları ilə fəal mübarizə aparır. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərininn sayca beşinci üçtərəfli görüşünün yekunları üzrə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bəzi ölkələrdən fərqli olaraq Türkiyə üçün terror qruplaşmaları arasında fərq yoxdur.

Nazir qeyd edib ki, İŞİD Türkiyə üçün ciddi təhlükə törədir.

M.Çavuşoğlu, həmçinin Rusiyanı Suriya müxalifətinin mövqelərini bombalamağı dayandırmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti