Bakı. Elçin Hüseynov - Trend:
Bu ilin may ayında Honkonqda yeni İpək Yolunun inkişafına həsr edilmış sammit keçiriləcək. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Honkonqun maliyyə katibi Con Tsanq deyib.
O bildirib ki, Çin yeni İpək Yolunun çəkilməsinə dair təkliflərini 2013-cü ildə irəli sürüb: "Bu layihə Çinlə Avropa ölkələri arasındakı əlaqələri və Asiya ilə Afrikanın əməkdaşlığını möhkəmləndirəcək".
Sammit Honkonq höküməti ilə Ticarətin İnkişafı üzrə Şurasıyla birgə təşkil olunacaq. Forumun dəqiq vaxtı hələ açıqlanmır.
Çin Xalq Respublikasının sədr müavini Li Yuançao yanvar ayında Davosda keçirilmış Beynəlxalq İqtisadi Forum çərçivəsində bəyan edib ki, Çin qarşıdakı 5 illikdə yeni İpək Yolunun çəkilməsi planı ilə çiddi məşğul olacaq.