...

İranın ali lideri seçkilərdə ilk səs verənlərdən olub

Dünya xəbərləri Materials 26 Fevral 2016 09:50 (UTC +04:00)
Bu gün İranda parlament seçkiləri keçirilir.
İranın ali lideri seçkilərdə ilk səs verənlərdən olub

Bakı. Trend:

Bu gün İranda parlament seçkiləri keçirilir. İranın ali lideri ayətullah Əli Xamneyi ölkədə İran Məclisi 10-cu çağırış və Ekspertlər Şurasının 5-ci çağırış səsverməsində iştirak edən ilk seçicilərdən biri olub.

Trend TASS-a istinadən xəbər verir ki, paytaxt seçki məntəqələrindən birində bülleteni seçki qutusuna atdıqdan sonra mətbuat konfrasında çıxış edən Əli Xamneyi bütün İran xalqını seçkilərdə iştirak etməyə çağırıb.

İranda bütün seçki məntəqələri yeri vaxtla saat 8:00-da açılıb.

Seçicilər parlamentə 290 deputat, Ekspertər Şurasına isə 88 nəfər seçməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti