...

İki yaşlı qız şalvarını geyinmək üçün polis çağırdı

Dünya xəbərləri Materials 5 Mart 2016 12:22 (UTC +04:00)
ABŞ-ın Cənubi Karolina ştatının iki yaşlı sakini Aliya şalvarını çətinliklə geyindiyindən polisə zənğ edib və onu evə çağırıb.
İki yaşlı qız şalvarını geyinmək üçün polis çağırdı

Bakı. Elçin Hüseynov - Trend:

ABŞ-ın Cənubi Karolina ştatının iki yaşlı sakini Aliya şalvarını çətinliklə geyindiyindən polisə zənğ edib və onu evə çağırıb.

Trend CBS News telekanalına istinadən xəbər verir ki, polis azyaşlı qizdan gələn zəngi şübhəli bilib və telefonda deyilən ünvana gedib.

Çağırışa gələn polis nümayəndəsi Marta Lones bildirib ki, evin qapısı açılanda həmkarıyla çox təəcübləniblər: "Üstümüzə əynindəki şalvarı yarıya kimi geyinmiş körpə qızcığaz yürüyüb salamlaşdı".

Xanım polis şalvarını geyinməyə kömək edəndən sonra körpə onu qucaqlayaraq təşəkkür edib.

Hadisədən sonra evə qayıdan anası polisə bildirib ki, qızına problem yarananda polisə zənq vurmağı təzə öyrədib, amma gözləmirdi ki, Aliya bunu sərbəst edə bilər. Evdə anası olmadığından istifadə edərək qız polisə ilk zəngini edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti