Bakı. Trend:
Türkiyənin şimal-şərqində Ordu şəhərində məktəbliləri daşıyan avtobusun hasara çırpılması nəticəsində 15 nəfər xəsarət alıb.
Trend-in Milliyet qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Sürücü və daha 14 yaralı şagird xəstəxanaya çatdırılıb. Məktəblilərdən ikisinin və sürücünün vəziyyəti ağır kimi dəyərləndirilir.