...

ABŞ polisi məhbuslar avtomobilindən qaçan təhlükəli cinayətkarları saxlayıb

Dünya xəbərləri Materials 13 Mart 2016 06:08 (UTC +04:00)
Amerikada, Nyu-Meksiko ştatının Albukerke şəhərində polis çərşənbə günü məhbusların daşınması üçün avtomobildən əlbiri ilə birgə qaçan ikinci təhlükəli cinayətkarı yaxalayıb.
ABŞ polisi məhbuslar avtomobilindən qaçan təhlükəli cinayətkarları saxlayıb

Bakı. Trend:

Amerikada, Nyu-Meksiko ştatının Albukerke şəhərində polis çərşənbə günü məhbusların daşınması üçün avtomobildən əlbiri ilə birgə qaçan ikinci təhlükəli cinayətkarı yaxalayıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Məlumata əsasən, 29 yaşlı Laoyonel Klo polisin onu qonşu mənzildə görən qadının çağırışına gəldiyi zaman, müqavimət göstərmədən təslim olub.

Onunla bir yerdə qaçan 32 yaşlı Cozef Kruzu isə cümə günü Albukerkedə saxlayıblar. Qaçaqları videomüşahidə kamerası qeydə alıb və polis onların yerini tapıb.

Klo silahlı soyğunçuluq, Kruz isə birinci dərəcəli qətl, qətl cəhdi və yetkinlik yaşına çatmayan şəxs üzərində zorakılıq törətdiyinə görə cəza çəkirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti