Bakı. Elçin Hüseynov - Trend:
Naməlum xoşbəxt Kanadadakı məşhur "49-dan 6-sı" lotereya oyununda 10 milyon dollar udub. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə lotereyanı keçirən "Atlantic Lottery" şirkətindən bildiriblər.
Bildirilir ki, bilet Kanadanın əhalisi sıx olan Ontario vilayətində satılıb. Xoşbəxt rəqəmlər isə 6, 27, 30, 34, 35 və 42 olub. Loteyeranı udan şəxs hələ ki, məlum deyil.
Qeyd edək ki, "49-dan 6-sı" lotereyasında Kanadanın tarixində ən böyük jekpot 2015-ci ilin oktyabrın 15-i oynanılıb - 64 milyon Kanada dolları (49 milyon ABŞ dolları).