...

Dağıstanda üç İŞİD-çı yaxalanıb

Dünya xəbərləri Materials 17 Mart 2016 12:20 (UTC +04:00)
Dağıstanda silsilə terror aktları hazırlayan və "İslam dövləti" (İŞİD) qruplaşması ilə əlbir olan 3 şəxs yaxalanıb.
Dağıstanda üç İŞİD-çı yaxalanıb

Bakı. Elçin Hüseynov - Trend:

Dağıstanda silsilə terror aktları hazırlayan və "İslam dövləti" (İŞİD) qruplaşması ilə əlbir olan 3 şəxs yaxalanıb. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə RF Milli Antiterror Komitəsinin informasiya mərkəzindən bildiriblər.

Dəstə üzvləri Dağıstanın Xasavyurt rayonunun Mutsalaul kəndində keçirilmiş xüsüsi əməliyyat zamanı saxlanılıb. Hadisə yerindən terrorçulardan müxtəlif partlayıcı maddələr və vəsaitlər müsadirə olunub.

Hazırda dəstə ilə əlbir olan şəxslərin tutulması istiqamətində operativ-istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti