...

İnterpol Qırğızıstanın sabiq Prezidentinin kürəkənini saxlayıb

Dünya xəbərləri Materials 23 Mart 2016 11:02 (UTC +04:00)
Qırğızıstanın sabiq Prezidenti Əsgər Akayevin böyük qızının əri Adil Toyqanbayev Dubayda saxlanılıb.
İnterpol Qırğızıstanın sabiq Prezidentinin kürəkənini saxlayıb

Bakı. Trend:

Qırğızıstanın sabiq Prezidenti Əsgər Akayevin böyük qızının əri Adil Toyqanbayev Dubayda saxlanılıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ötən gün İnterpol və BƏƏ-nin hüquq-mühafizə orqanları arasında sıx qarşılıqlı fəaliyyəti nəticəsində 1966-cı il təvəllüdlü A. Toyqanbayev saxlanılıb.

A. Toyqanbayev Qırğızıstanda bir sıra cinayətlərdə təqsirləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti