Bakı. Trend:
ABŞ prezidenti Barak Obama Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyəcək.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Ağ evin mətbuat katibi Coş Ernest bildirib.
Onun sözlərinə görə, görüş Obamanın Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammiti ilə bağlı məşğulluq səbəbindən baş tutmayacaq: "Dünya liderləri burada (sammitdə) yalnız iki gün olacaq və onlar 50-ə yaxın nəfər olacaq. Aydındır ki, bu, onların hər biri ilə ayrı-ayrılıqda görüşməyə imkan verməyəcək."