...

"Gazprom" və Türkiyənin özəl şirkətləri qazın qiymətlərini razılaşdırıblar

Dünya xəbərləri Materials 13 Aprel 2016 13:48 (UTC +04:00)
"Gazprom" korporasiyası və Türkiyənin özəl şirkətləri Rusiyadan tədarük edilən qazın qiymətlərinə dair razılıq əldə ediblər.
"Gazprom" və Türkiyənin özəl şirkətləri qazın qiymətlərini razılaşdırıblar

Bakı. Elçin Hüseynov - Trend:

"Gazprom" korporasiyası və Türkiyənin özəl şirkətləri Rusiyadan tədarük edilən qazın qiymətlərinə dair razılıq əldə ediblər.

Trend-in məlumatına əsasən, bu barədə RİA Novosti şəxsi mənbələrinə istinadən xəbər verir.

Agentliyin məlumatına əsasən, razılıq bu günlərdə əldə olunub. Amma danışıqların detalları haqqənda məlumat verilmir.

Dövlətə məxsus "Botas"la yanaşı, "Gazprom" Türkiyənin "Enerco Enerji", "Avrasya gaz", "Akfel gas", "Bosphorus gas", "Shell Turkey", "Bati Hatti" və "Kibar Enerji" şirkətləri ilə əməkdaşlıq edir. Bu şirkətlərin payına Rusiyadan alınan qazın üçdə bir hissəsi düşür.

Xatırladaq ki, 2015-ci ilin dekabrında "Gazprom" bu şirkətlərə tədarük edilən qazın 10,25 % güzəştlə satılması barədə razılığa gəlib. 2016-cı ilin martında isə "Enerco Enerji" bəyan etdi ki, "Gazprom" qiymətlərin qaldırılmasını tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti