...

Səudiyyə Ərəbistanında qadınlara işləmək azadlığı verildi

Dünya xəbərləri Materials 20 Aprel 2016 17:52 (UTC +04:00)
Səudiyyə Ərəbistanının Əmək Nazirliyi qadınların iş hüquqları ilə bağlı yeni qərar qəbul edib.
Səudiyyə Ərəbistanında qadınlara işləmək azadlığı verildi

Trend-i buradan izləyin

Bakı. Elçin Hüseynov - Trend:

Səudiyyə Ərəbistanının Əmək Nazirliyi qadınların iş hüquqları ilə bağlı yeni qərar qəbul edib. Bu barədə Trend "Əl-İqtisadiyyə" qəzetinə istinadən xəbər verir.

Yeni qərara əsasən, qadınlara bundan sonra ailəvi restoran və əyləncə mərkəzlərində, həmçinin qadın malları mağazalarında kassir qismində axşam saatlarında işləməyə icazə veriləcək.

Nazirlikdən bildiriblər ki, Səudiyyə Ərəbistanında qadınlara təhlükəsizlik və sağlamlıq nöqteyi-nəzərindən 21 peşə üzrə qadağa mövcüddur. Belə ki, yeraltı istehsalat, tikinti, ət emalı fabrikləri, avtoservislər, çörəkxana və ağır sənaye müəssisələrində işləməyə icazə verilmir.

Hazırda qadınlar Səudiyyə Ərəbistanında işçi heyətinin 17 faizini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti