...

İstanbul polisi antiterror əməliyyatı keçirir

Dünya xəbərləri Materials 27 May 2016 09:25
İstanbul polisi bu gün səhər saatlarından başlayaraq antiterror əməliyyata başlayıb.
İstanbul polisi antiterror əməliyyatı keçirir

Trend-i buradan izləyin

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbul polisi bu gün səhər saatlarından başlayaraq antiterror əməliyyata başlayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti yazıb.

Əməliyyat çərçivəsində artıq 40-a yaxın saxlanılan olduğu bildirilir, lakin onların adları açıqlanmır.

Qəzetin verdiyi məlumata görə, antiterror əməliyyatlar gün ərzində Türkiyənin başqa şəhərlərində də aparılacaq.

Sonuncu dəfə İstanbulda polis tərəfindən antiterror əməliyyatı martın 30-da keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti