...

Rusiyada Qvardiya qoşunları yaradıldı

Dünya xəbərləri Materials 22 İyun 2016 18:26 (UTC +04:00)
Dövlət Duması Rusiya Qvardiya (Rosqvardiya) qoşunlarının və müvafiq federal xidmətin yaradılması haqqında qanunu qəbul edib.
Rusiyada Qvardiya qoşunları yaradıldı

Bakı. Elçin Hüseynov - Trend:

Dövlət Duması Rusiya Qvardiya (Rosqvardiya) qoşunlarının və müvafiq federal xidmətin yaradılması haqqında qanunu qəbul edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Yeni federal hakimiyyət orqanı terrorizmlə və mütəşəkkil cinayətkarlıqla mübarizə, fövqəladə hallar və terrorçuluğa qarşı əməliyyatların hüquqi qaydalarının təminatı, dövlət obyektlərinin və xüsusi yükdaşımaların mühafizəsi və ölkə sərhədlərinin qorunmasında Federal Təhlükəsizlik Xidmətinə yardım etməklə məşğul olacaq.

Həmçinin "Rosqvardiya"ya müfahizə fəaliyyətinə və silah dövriyyəsinə nəzarət etmək tapşırılır. Xidmətin qoşunlarına qoyulan vəzifələrin həllində silahdan istifadə etməyə icazə verilib. Xüsusilə bu hüquq "Rosqvardiya" hərbçilərinə terror aktlarının qarşısını almaq üçün və girovları xilasetmə əməlliyatlarında verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti