...

Dubayda Ramazan ayında spirtli içki satışına icazə verildi

Dünya xəbərləri Materials 23 İyun 2016 16:52 (UTC +04:00)
Dubayda Ramazan ayında gündüz saatlarında da alkoqollu içkilərin satışına icazə verilib.
Dubayda Ramazan ayında spirtli içki satışına icazə verildi

Bakı. Elçin Hüseynov - Trend:

Dubayda Ramazan ayında gündüz saatlarında da alkoqollu içkilərin satışına icazə verilib. Bu barədə Trend "The İndependent" qəzetinə istinadən xəbər verir.

Rəsmi bildirişdə deyilir ki, müqəddəs ay ərzində alkoqollu içkilərin satışı gün ərzində bir neçə saatla məhdudlaşdırılmayacaq.

Dubayın Turizm Departamentindən bildiriblər ki, turistlərə yüksək xidmət göstərilməsi təmin olunmalıdır, şəhərin isə dünya səviyyəli turizm istiqaməti kimi əhəmiyyəti qorunmalıdır.

Qəzet qeyd edir ki, alkoqollu içkilərin satış qaydalarının dəyişdirilməsi əlavə mənfəət əldə olunması ilə də bağlıdır. Barlarda satılan hər pivə və ya kokteyl porsiyası Əmirliyin xəzinəsinə 30 sent gəlir gətirir.

Bundan əvvəl Ramazan ayı ərzində alkoqollu içkilərin satışına yalnız hotellərdə və saat 18:00-dən sonra icazə verilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti