...

Kubada ilk ABŞ hoteli açıldı

Dünya xəbərləri Materials 28 İyun 2016 21:28 (UTC +04:00)
"Starwood Hotels & Resorts Worldwide" şirkəti Kubada ilk hotelini istifadəyə verib.
Kubada ilk ABŞ hoteli açıldı

Bakı. Elçin Hüseynov - Trend:

ABŞ-ın "Starwood Hotels & Resorts Worldwide" şirkəti Kubada ilk hotelini istifadəyə verib. Bu barədə Trend "NBC News" telekanalına istinadən xəbər verir.

"Starwood" hoteli Kuba-ABŞ münasibətlərinin istiləşməsindən sonra ilk böyük layihədir. Artıq qarşıdakı bir neçə gün üçün hotelin bütün nömrələri bron edilib. Mehmanxanada bir gün gecələmə 200 ABŞ dollarına başa gəlir.

Qeyd edək ki, ABŞ tərəfindən 1959-cu ildən Kubaya qarşı tətbiq olunan embarqo indiyə kimi qüvvəsini itirməyib. 2014-cü ilin dekabrında Barak Obama administrasiyası Kuba ilə əlaqələrin normalaşmasını bəyan edib. 2015-ci ildə isə Vaşinqton ticarət və sərmayə sahələrindəki məhdudiyyətləri zəiflədib.

Xəbər lenti

Xəbər lenti