...

Rusiya Türkiyəyə mütəmadi reysləri dayandırmayacaq

Dünya xəbərləri Materials 29 İyun 2016 11:58 (UTC +04:00)
İstanbul hava limanında baş vermiş terror aktından sonra RusiyaTürkiyəyə mütəmadi reysləri dayandırmayacaq.
Rusiya Türkiyəyə mütəmadi reysləri dayandırmayacaq

Bakı. Elçin Hüseynov - Trend:

İstanbul hava limanında baş vermiş terror aktından sonra Rusiya Türkiyəyə mütəmadi reysləri dayandırmayacaq. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Hava Nəqliyyatı Federal Agentliyi "Rosaviasiya"nın rəsmi nümayəndəsi bildirib.

O əlavə edib ki, İstanbul hava limanındakı hadisə ilə bağlı Rusiyanın aeroportlarında təhlükəsizlik tədbirləri güçləndirilməyəcək. Rəsmi nümayəndə deyib ki, Rusiya aeroportlarında təhlükəsizlik onsuz da yüksək səviyyədə qorunub saxlanılır.

Xatırladaq ki, iyunun 28-də axşam Moskva-İstanbul istiqamətində uçan "Aeroflot" şirkətinə məxsus təyyarə "Şeremetyevo" aeroportuna geri qayıdıb. "Aeroflot" iyunun 29-da gecə və gündüz İstanbul-Moskva istiqamətində həyata keçirilən bütün reysləri təxirə salıb.

Qeyd edək ki, bu gecə İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Verilən son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir. İlkin məlumata görə, terror aktını İŞİD terror təşkilatı törədib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti